RU
Bankın adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq edən şəxslər saxlanılıb
19:00
360

Bankın adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq edən şəxslər saxlanılıb

Azərbaycanda bankın adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq edən şəxslər saxlanılıb.

Bu barədə 7NEWS.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Bildirib ki, məlumatla əlaqədar DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq tutulub: "Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir".

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ