RU
Bankın departament direktoruna qarşı dələduzluq edən şəxsə hökm oxunub
18:50
248

Bankın departament direktoruna qarşı dələduzluq edən şəxsə hökm oxunub

Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Nuran Səməndərovaya hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

7NEWS.Az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, cinayət işində 4 nəfər zərərçəkmiş var. Onlardan biri də Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimovdur.

İttihama görə, 1989-cu il təvəllüdlü N.Səməndərova özünü Dövlət Miqrasiya Xidmətinin əməkdaşı kimi təqdim edərək banklardan küllü miqdarda pul götürüb. O, həmçinin telefon mağazalarından da xeyli sayda bahalı telefonlar götürib, lakin pullarını ödəməyib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ