Mərkəzi Bankın bu qaydasına əməl olunmur.
Mərkəzi Bankın Azərbaycanın Kommersiya Bankları qarşısında qoyduğu tələbə görə banklar ən azı hər rüb maliyyə göstəricilərini öz rəsmi internet səhifələrində göstərməlidirlər.
Lakin 7news.Az-ın finas.az-a istinadən verdiyi məlumata görə, bankların bir hissəsi ya bu qaydaya əməl etmirlər, ya da qismən əməl edirlər.
Yəni rüblük hesabatlarını gecikdirən, eləcə də hesabatı yerləşdirsə də, bəzi əsas göstəriciləri gizlədən banklar mövcuddur.
Problemli kreditlərini gizlədirlər
Məsələn, bəzi banklar çox zaman ya mənfəətlərini ya da problemli kreditlərin həcmini açıqlamırlar. Bu isə, şəffavlığın itməsinə və vətəndaşda bankın maliyyə vəziyyəti haqqında tam təsəvvürün formalaşmasına mane olur. Azərbaycan Banklarının qanuna qarşı əməlləri bununla bitmir. Bəzən banklar cari sonuncu rübün hesabatını açıqlasa da, əvvəlki rüblük hesabatları saytdan yığışdırırlar. Belə olduqda isə müqayisə etmək üçün heç bir imkan olmur və bankın əvvəlki rüblərlə müqayisədə vəziyyətinin necə dəyişdiyini aydınlaşdırmaq mümkünsüz olur.
Sadə vətəndaşlardan gizlənirlər
Lakin bəzi banklar hesabatı sayta yerləşdirməsə də, media nümayəndələrinin sorğusuna əsasən informasiyanı, təhlil üçün media orqanlarına göndərir. Buna baxmayaraq, sadə vətəndaşların maliyyə göstəricilərini bu cür əldə etmək imkanı yoxdur.
İntizamlı banklar
Banklar arasında bu qaydalara əməl edən banklar AFB Bank, ASB Bank, Bank Avrasiya, Bank of Baku, CDB Bank, Pakistan Milli Bankı, PAŞA Bank və Ziraat Bank(Azərbaycan)dır. Bu banklar həm illik (auditor hesabatı ilə birlikdə) həm də rüblük hesabatlarını öz saytlarına yerləşdiriblər. Aşağıdakı cədvəldə bankların öz hesabatlarını (illik və rüblük) son yerləşdirmə tarixlərini, onların maliyyə vəziyyətlərinin hansı auditor şirkətlər tərəfindən yoxlandığını nəzərdən keçirə bilərsiniz.
Ən intizamsız banklar
Cədvələ əsasən ən intizamsız banklar-Bank Silk Vey, Bank Standard, Bank VTB (Azərbaycan) və Dekabankdır. Bu banklar sonuncu dəfə 2013-cü il üzrə illik hesabatlarını öz internet səhifələrinə yerləşdiriblər.
Qismən intizamsız banklar
Atabank, AGBank, Bank BTB, Bank Respublika, DəmirBank, Expressbank, Muğanbank, NBC Bank, Nikoyl Bank, Parabank, Rabitəbank, Turanbank, Unibank və Zaminbankı isə qismən intizamsız banklar hesab etmək olar. Bu bankların saytında isə sonuncu dəfə 2014-cü il üzrə illik hesabatlarını görmək olar.
|
Banklar |
Son Illik və auditor hesabatının yerləşdirilmə tarixi |
Son maliyyə göstəriciləri |
Auditor şirkət |
|
AccessBank |
31 dekabr 2015-ci il |
31.12.2015 |
Ernst & Young Holding |
|
AFB Bank |
31 dekabr 2015-ci il |
I rüb 2016-cı il |
Deloitte & Touche |
|
AGBank |
31 dekabr 2014-cü il |
31-03-2016 |
KPMG Azerbaijan Limited |
|
Amrahbank |
31 dekabr 2015-ci il |
30.12.2014 |
Grant Thornton |
|
Atabank |
31 dekabr 2014-cü il |
31 mart 2015-ci il |
PwC Azerbaijan |
|
Azərbaycan Beynəlxalq Bankı |
31 dekabr 2015-ci il |
|
Deloitte & Touche |
|
Azərbaycan Sənaye Bankı |
31 dekabr 2015-ci il |
31.03.2016 |
Grant Thornton |
|
Azər-Türk Bank |
31 dekabr 2015-ci il |
01.07.2015 |
Ernst & Young Holding |
|
Bank Avrasiya |
31 dekabr 2015-ci il |
30.04.16 |
“Baker Tilly Azerbaijan” |
|
Bank of Baku |
31 dekabr 2015-ci il |
03/31/2016 |
Deloitte & Touche |
|
Bank BTB |
31 dekabr 2014-cü il |
31.12.2015 |
RSM Azerbaijan |
|
Bank Respublika |
31 dekabr 2014-cü il |
9/30/2015 |
Deloitte & Touche |
|
Bank Silk Vey |
31 dekabr 2013-cü il |
I rüb 2016-cı il |
Grant Thornton |
|
Bank Standard |
31 dekabr 2013-cü il |
|
KPMG Azerbaijan Limited |
|
Bank VTB (Azərbaycan) |
31 dekabr 2013-cü il |
III rüb 2015-ci il |
Ernst & Young Holding |
|
Caspian Development Bank |
31 dekabr 2015-ci il |
I rüb 2016-cı il |
PraysvoterhausKupers Qlobal (PwC) |
|
Dekabank |
31 Dekabr 2013-cü il |
01.10.2015-ci il |
RSM Azerbaijan |
|
DəmirBank |
31 dekabr 2014-cü il |
01.09.2015 |
Deloitte & Touche |
|
Expressbank |
31 dekabr 2014-cü il |
31.12.2015 |
Ernst & Young Holding |
|
Günaybank |
31 dekabr 2015-ci il |
|
RSM Azerbaijan |
|
Xalq Bank |
31 dekabr 2015-ci il |
Yanvar 2015-ci il |
Crowe Horwath |
|
Kapital Bank |
31 dekabr 2015-ci il |
I rüb 2016-cı il |
Ernst & Young Holdings |
|
Kredobank |
31 dekabr 2015-ci il |
30 iyun 2014-cü il |
RSM Azerbaijan |
|
Iran Milli Bankı Bakı filialı |
31 dekabr 2015-ci il |
31-03-2016 |
“BEST AUDİT” MMC |
|
Muğanbank |
31 dekabr 2014-cü il |
I rüb 2016-cı il |
Baker Tilly Azerbaijan |
|
Naxçıvanbank |
|
|
|
|
NBC Bank |
31 dekabr 2014-cü il |
30.11.2015 |
RSM Azerbaijan |
|
Nikoyl Bank |
31 dekabr 2014-cü il |
|
Deloitte & Touche |
|
Pakistan Milli Bankı Bakı filialı |
31 dekabr 2015-ci il |
31.03.2016 |
RR - VAM Beynəlxalq Audit Konsaltinq MMC |
|
Parabank |
31 dekabr 2014-cü il |
II rüb 2015-ci il |
KPMG Azerbaijan Limited |
|
PAŞA Bank |
31 dekabr 2015-ci il |
31.03.2016 |
Ernst & Young Holdings |
|
Rabitəbank |
31 dekabr 2014-cü il |
31.03.2016 |
Deloitte & Touche |
|
Turanbank |
31 dekabr 2014-cü il |
31.12.2015 |
Deloitte & Touche |
|
Unibank |
31 dekabr 2014-cü il |
31.12.2015 |
Deloitte & Touche |
|
Yapı Kredi Bank (Azərbaycan) |
31 dekabr 2015-ci il |
|
Ernst & Young Holdings |
|
Zaminbank |
31 dekabr 2014-cü il |
01.11.2014 |
RSM Azerbaijan |
|
Zıraat Bank (Azərbaycan) |
31 dekabr 2015-ci il |
31.03.2016 |
PwC Azerbaijan
|








