Dünyəvi kitabların nəşri ilə məşğul olan naşir Dəkkə şəhərində hücuma məruz qalaraq qətlə yetirilib.
7news.az BBC-yə istinadən bildirir ki, bu, şənbə günü şəhərdə baş vermiş ikinci belə hadisədir.
43 yaşlı Faisal Arefin Dipon şəhərin mərkəzindəki ofisində öldürülüb.
"Mən onun qan içində üzü üstə uzandığını gördüm. Onun boynunu doğramışdılar. O ölüb," naşirin atası, yazıçı Abul Kashem Fazlul Haq bildirib, AFP xəbər verir.
Bundan bir neçə saat öncə baş vermiş hücum nəticəsində isə digər bir naşir və iki dünyəvi yazıçı xəsarət alıb.
Hücuma məruz qalmış naşirin Ahmedur Rashid Tutul olduğu bildirilir.
Onlar cənab Tutul-u və onunla birgə olan iki yazıçını bıçaqlayaraq hadisə yerini tərk ediblər, polis bildirir.
Xəsarət almış şəxslər hospitala çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.
Bu ilin fevral ayında başqa bir dünyəvi bloqqer Avijit Roy şübhəli islamçıların hücumu nəticəsində həyatını itirmişdi.
Onun həyat yoldaşı, bloqqer Bonya Ahmed də hücum nəticəsində ağır yaralanmışdı.
Həmin vaxtdan bəri digər üç bloqqer də qətlə yetirilib.
7news.az








