RU
Banqladeş və Hindistan arasında ticarət dayandırılıb
17:30
29

Banqladeş və Hindistan arasında ticarət dayandırılıb

Banqladeşin Baş naziri Şeyx Həsinənin istefasından sonra yaranmış siyasi böhran fonunda Hindistan və Banqladeş arasında ticarət tamamilə dayandırılıb.

7News.Az TASS-a istinadən xəbər verir ki, bunu Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) prezidenti Aşvani Kumar deyib.

"Avqustun 5-dən etibarən ticarət tamamilə dayandırılıb", - o bildirib.

Eyni zamanda A.Kumar qeyd edib ki, Banqladeşdəki tərəfdaşlar bir həftə ərzində əməliyyatların bərpa olunacağına ümid edirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ