7NEWS.az xəbər verir ki, Banqladeşin paytaxtı Dəkkədə Kacchi Bhai adlı 7 mərtəbəli restoranda yanğın baş verib. Hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib. Yanğın söndürüldükdən sonra Banqladeş Səhiyyə Naziri Dr. Samanta Lal Sen yanğında 43 nəfərin öldüyünü, 22 nəfərin yaralandığını açıqlayıb. Yanğınsöndürənlər 75 nəfəri yanğından xilas edə biliblər.
7NEWS.az








