Banqladeşdə son 24 saatda daha 11 nəfər dang qripindən öldüyü halda, ölkədə bu xəstəlikdən ölənlərin sayı 398-ə yüksəlib.
7NEWS.az xəbər verir ki, Banqladeş Səhiyyə Xidmətləri Baş İdarəsi (DHGS) tərəfindən edilən açıqlamada, bu xəstəlikdən yalnız bir gündə 2 min 905 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirildi.
Bunun "bir gündə xəstəxanaya yerləşdirilmə sayında rekord" olduğu bildirilən açıqlamada, son 24 saatda daha 11 nəfərin dang qızdırmasından öldüyü qeyd edilib.
7NEWS.az








