Bazar ertəsi Banqladeşdə sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ən azı 15 nəfər ölüb və çoxlu sayda yaralı var. Toqquşmaya nəyin səbəb olduğu hələlik məlum deyil.
7NEWS.az xəbər verir ki, bazar ertəsi Banqladeşdə yük qatarının sərnişin qatarına çırpılması nəticəsində azı 15 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Hadisə yerində hələ də dağıntılar altında neçə nəfərin olduğu bəlli deyil. Xilasetmə qrupları ərazidə yaşayan insanların köməkliyi ilə qatar vaqonlarının qalıqları altından sərnişinləri çıxarmaq üçün işləri davam etdirir.
7NEWS.az








