RU
Banqladeşdə zorakılıq davam edir: Komendant saatı uzadıldı
13:53
45

Banqladeşdə zorakılıq davam edir: Komendant saatı uzadıldı


Banqladeşdə Qurtuluş Döyüşündə iştirak edənlərin ailələri üçün ictimai kvota ayrıldıqdan sonra başlayan etirazlar davam edərkən, zorakılıq hərəkətlərində həyatını itirənlərin sayı 187-yə yüksəldi və hökumət komendant saatını uzatdı.

7NEWS.az xəbər verir ki, ölkədə nəşr olunan "Protom Alo” qəzetinin məlumatına görə, ötən həftə elan edilmiş komendant saatı cümə axşamı gününə qədər uzadılıb. İctimai kvota qərarından sonra başlayan etirazlarda ölənlərin sayı 187-yə yüksələrkən, yüzlərlə insan yaralanıb, 2 mindən çox adam saxlanılıb. Bölgədəki xəstəxananın polis məmuru Md Bachchu Mia jurnalistlərə bildirib ki, etirazların başladığı gündən hər gün orta hesabla 70-80 nəfər xəstəxanaya gəlir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ