RU
Bara gedən nazirlər istefa verməli oldular
01:59
469

Bara gedən nazirlər istefa verməli oldular

Avstraliyada iki nazir bardakı hərəkətlərinə görə vəzifələrindən istefa verməli olub.

7news.az anspress-ə istinadən məlumatına görə, şəhərlər və antropogen mühit üzrə nazir Ceymi Briqqs “məmura yaraşmayan davranış”a görə günahlandırılıb. Buna barda olan qadının şikayəti səbəb olub. Adı çəkilməyən qadın Briqqsi rəsmi səfər zamanı Honkonqdakı barlardan birində ona qarşı nalayiq hərəkət etməsi ilə günahlandırıb.

“Mən şəxsən ondan üzr istədim. Nəzərə alsaq ki, mən bara gecə yarısı rəsmi səfərdən sonra getmişəm. Amma hər halda düşünürəm ki, mənim hərəkətim nazir üçün yüksək standartlara uyğun olmayıb”- deyə Briqqs bildirib.

Nazir bununla belə, heç bir qeyri-qanuni hal baş vermədiyini qeyd edərək hadisənin təfərrüatları barədə danışmaq istəməyib.


Daha bir nazir - dövlət işləri naziri Mal Bro da həmin barda olub. Polis onun əməlini araşdırsa da, Bro da artıq istefa qərarı verib.

"Cənab Bro hökumətin imicinin saxlanılmasının əhəmiyyətini qəbul etməklə doğru addım atdı”,- deyə Avstraliyanın baş naziri Malkolm Ternbul nazirlərin istefasını şərh edib.

Nazirlərin istefa ərizələrinə Nazirlər Kabinetinin ən yaxın iclasında baxılacaq.

 

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ