RU
Barak Obama vaxtından əvvəl səs verdi - VİDEO
12:52
496

Barak Obama vaxtından əvvəl səs verdi - VİDEO

ABŞ rəhbəri Barak Obama prezident seçkilərində vaxtından əvvəl səs verib. 

Dövlət başçısı Çikaqoya səfəri zamanı səsvermə hüququndan istifadə edib. Onun seçki kompaniyası dövründə də fəal dəstək verdiyi Demokratlar partiyasının namizədi Hillari Klintona səsverdiyi güman edilir.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabr ayının 8-nə təyin edilib. Lakin seçicilərin böyük əksəriyyəti qanuna uyğun olaraq vaxtından əvvəl səs verir.

İki dəfə prezident postunda xidmət edən Obama, qanunvericiliyə görə namizədliyini 3-cü dəfə irəli sürə bilməz. Prezident postu uğrunda Demokratlar Partiyasının namizədi Hillari klinton və Respublikaçılar Partiyasının namizədi Donald Tramp mübarizə aparır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ