RU
Barak Obamadan İNANILMAZ ETİRAF
11:00
477

Barak Obamadan İNANILMAZ ETİRAF

ABŞ prezidenti Barak Obama İŞİD terror qruplaşması ilə bağlı böyük bir etiraf edib.

7News.az xəbər verir ki, dövlət başçısı CNN kanalına müsahibəsində 2014-cü ildə İŞİD-in ekspansiyasının onu qəflətən yaxaladığını bildirib.

"İŞİD-in genişmiqyaslı quru hücumları təşkil etmək imkanı mənim kəşfiyyat radarımın ekranında yox idi”, - deyə Obama vurğulayıb.

Obama əmin olduğunu dilə gətirib ki, onun administrasiyası İŞİD-lə mübarizədə həmişə ən yaxşı addımlara təşəbbüs edib: "Biz regionda mürəkkəb siyasətin həyata keçirilməsində qüsursuz idikmi? Əlbəttə ki, xeyr. Biz hər mərhələdə mümkün olan ən yaxşı qərarları qəbul etdikmi? Cavab müsbətdir”.

Qeyd edək ki, İŞİD-in ekspansiyası son iki ildə dünya üçün əsas problemlərindən birinə çevrilib. 2014-cü ildə təxminən 30 min döyüşçü (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə) ələ keçirdiyi ərazilərdə xilafət elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ