7NEWS.az xəbər verir ki, Ümumdünya blokbaster filmi Barbie Livandan sonra Küveytdə qadağan edildi. Küveyt mətbuatında çıxan xəbərlərdə Küveytin yuxarıda adı çəkilən qərarı "ictimai etika”nı qorumaq üçün aldığı bildirilib. Küveyt İnformasiya Nazirliyinin sözçüsü bu filmin Küveyt cəmiyyətinə və ictimai asayişə yad ideya və inancları yaydığını bildirib. Küveyt Film Təsnifat Şurasının sədri Lafi əl-Subaii verdiyi açıqlamada şuranın tez-tez ölkə mədəniyyətinə zidd hesab edilən film səhnələrinin kəsilməsini istədiyini, lakin hökumətin hesab etdiyi davranışları təbliğ edən filmlərin tamamilə qadağan edildiyini söylədi.
7NEWS.az








