RU
“Barcelona”lı futbolçunun atasına bıçaqlı hücum edildi
00:18
109

“Barcelona”lı futbolçunun atasına bıçaqlı hücum edildi


"Barcelona"nın gənc ispan futbolçusu Lamine Yamalın atası Mounir Nasraoui bıçaqla hücuma məruz qalıb.

7NEWS.az xəbər verir ki, İspan mətbuatında yer alan xəbərlərdə Mounir Nasraouinin Barcelona yaxınlığındakı Mataro şəhərindəki parkinq yerində dəfələrlə bıçaqlandığı bildirilib. Nəsrauinin qonşuları ilə mübahisə etdikdən sonra bıçaqla hücuma məruz qaldığı iddia edilib. Badalona şəhərindəki xəstəxanaya çatdırılan 36 yaşlı Nəsrauinin həyatı üçün təhlükə olmadığı bildirilib. Hadisə ilə bağlı araşdırma başlatan İspaniya polisinin 3 nəfəri saxladığı qeyd edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ