RU
“Barı indi utanırsanmı?” – Partiya sədrindən Əli Kərimliyə sərt sözlər!
17:32
1015

“Barı indi utanırsanmı?” – Partiya sədrindən Əli Kərimliyə sərt sözlər!

"Bəs AXCP funksionerləri deyirdilər, hakimiyyət orqanları tədbir-filan keçirməyimizə icazə vermir, mane olur? O zaman necə keçirdilər, Ali Məclisin iclasını? Qurultay da demirəm ha, hələ məhz Ali Məclisin iclasını?.– 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"İclas keçirmək üçün sadəcə müraciət etmək lazım idi. Vəssalam. Müraciət edildi və dərhal da müvafiq qurumlar yer ayırdı. Yəni, məsələ bu qədər sadədir. Daha dəqiq desəm: indiyə qədər qaraguruh təfəkkürlə davranan və lələkli kamikadzeləri ilə hakimiyyətin üzərinə şığıyan hərdəmxəyalların ağlına belə gəlməmişdi ki, tədbir keçirmək üçün rəsmi formada icazə istəmək, prosedur qaydalara riayət etmək lazımdır.

Və mənə çox maraqlıdır. Görəsən indi utanırmı Əli Kərimli? Utanırmı, əvvəl dediklərinə görə? Açığı, inanmıram utana. Çünki o, utanma hissini çoxdan itirib. Liderini satdığı vaxtlardan. Xarici qüvvələrin əlində alət olduğu zamanlardan. Hər cür əyriliklərə, dələduzluqlara, yaramazlıqlara aludə olduğu dövrlərdən.

Camaat qurultayını onlayn keçirir, sizsə dəxilsiz Məclis iclasınızı canlı. Bundan artıq neynəməlidi hakimiyyət? Bundan artıq hansı şərait yaradılmalıdı?

Ona görə də hərdən sərsəmləyəndə abrınıza bükülün. Barı, hərdən. Dövlətin, hakimiyyətin kimsə ilə işi yoxdur. İclas üçün də, fəaliyyət üçün də bütün şərait var. Üstəlik, kimin də nə gücü var ortalıqdadır. İyulun əvvəlində Partiyalar üzv siyahılarını təqdim edəndə isə həmin güc nisbəti daha aydın görünəcək və bilinəcək.”- deyə Partiya sədri fikirlərinə davam edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ