RU
13:40
854

"Barış Pinarı" əməliyyatı Kürdüstana və ya Türkiyə sərhədləri çərçivəsində Kürd muxtariyyətinə gedən yolun önünü açdı

Yazıda üç məqama toxunulub:
1. Kürdüstan məsələsində Türkiyənin mövqeyi
2. Suriyada keçirilən Barış Pinarı əməliyyatına baxış
3. Azərbaycanın dövlət maraqları prizmasından kürd məsələsində baxışımız və Suriyadakı əməliyyatlar kontesinə mövqeyimiz
Əvvəla ondan başlayaq ki, Kürd məsələsini necə qavrayır, görürük? Baxışlarımız reallığı əks etdirirmi? Mövzunun cəmiyyətimizin diqqətini strateji partnyorumuz Türkiyə Respublikasına sizlik üzərindən olduğuna gəlin baxaq ki, TC-nin strateji və taktiki hədəflərini düzmü anlayırıq? Türkiyənin durumla əlaqəli vəziyyəti nə qədər optimistdir?
İlk olaraq qeyd edim ki, kürd məsələsinin romantik acıdan yanaşanlarımızın arzusu şəklində həlli mümkün deyil. O ki qala bir 1-2 aylıq hansısa hərbi əməliyyatla. Kürdlər kompakt şəkildə dörd ölkənin— Türkiyə, Suriya, İraq və İranın ərazisində yaşayırlar. TC, yaxud, bunlardan hər hansı biri öz avtoritar istəklərinə görə problemi həll edə bilməz. Bu istiqamətdə addımlar reallıqdan doğan tələblərə uyğun atılmalıdır.
Ölkə daxili aktuallıq zəminində baxışla yanaşı, beş tərəfin(Türkiyə, İraq, İran, Suriya və kürdlər) iştirak etdiyi konsensus həlli istiqamətində düşünməni məcbur edən reallıq var.
Yuxarıda qeyd edilən, hamımıza məlum faktın yaratdığı reallıq. Yəni kürd toplumunun bu dövlətlərin ərazilərində kompakt yaşaması, bu rayonların coğrafi həmsərhədliliyi. Demoqrafik sayları da kifayət qədər nəzərə alınacaq həddədir. Mütləq nəzərə alınmalıdır ki, kürdlərin artıq hüquqi-inzibati əraziİ kimi qərargahları, istinad nöqtələri var. Cənubi Kürdüstan. Yəni, İraq Kürdüstanı. Gələcəkdə fərqli manevrlər üçün əllərində bir toplam ocaqları var.
Hüquqi anlayışa 1991- ci ildə Amerikanın İraqa daxil olduqdan sonra onun dəstəyi ilə Cənubi Kürdüstan və ya İraq Kürdüstanı adıyla daxil oldu. ABŞ və İsraillə yanaşı İraq Kürdüstanına ən çox dəstək vermiş ölkə TC olub. Bərzaniyə diplomatik pasport verməklə onun dünya səyahətinə şərait yaratması, ərazisində quruculuq bərpa işlərində şirkətlərinin çalışması və s. İraq neftinin 1/3 yarım müstəqi Kürdüstandadır və bu neftin Türkiyə vasitəsiylə dünya bazarına çıxarılması razılığı imzalanmışdı. TC ilə qurulmuş münasibətlərini ümumi gəlişi dedim. Bunlar gah belə, gah elə ola bilər. Bunu ayrıca mövzu kimi bir gün təqdim edərik.

De fakto Kürdüstan artıq var. Onun üzərindən kürdlərin müstəqillik iddialarının genişlənməsi, bu amildən kənar qüvvələrin bəhrələnmə imkanlarını mümkün qədər minimallaşdırmaq (və daha optimist yanaşaraq heçə endirilmə də deyək) üçün bu məsələnin eyni reallıqları yaşayan ölkələrin birgə iradələrini ortaya qoymağı tələb edir. Burda ölkənin regional maraqlarını qabartmaq yersiz və yanlış iştahdır. Tamahı kənara qoymaq gərəkdir. Bunun alternativi yoxdur. İndiyə dək olan davranışlara TC bir əlində 3 qarpız tutmaq tövrü göstərib ki, bu da heç bir uğur gətirməyib. Fakt olaraq belədir.
Keçmiş Baş Qərargah rəisi ordu generalı İlkər Başbuğ ölkəsinin dövlət maraqlarının Suriya hökumətiylə müştərək fəaliyyətdə olmasını tələb etməsini deyirdi. Həm İŞİD məsələsində, həm də PKK ilə mübarizədə. Lakin, sözlərinə əhəmiyyət verilməsə də zaman mərhələli şəkildə generalın haqlı olduğunu göstərdi.
BARIŞ PİNARI hərbi əməliyyatları
Hər bir hərbi əməliyyat siyasi- diplomatik və ona bağlı amillər üzərində qələbəni reallaşdırmalıdır. Əgər bu yoxsa, sənin qələbən birmənalı məğlubiyyətdir. Əsgəri, maliyyə,hərbi təchizat itkisi və adına yazılacaq tarixi utanclıqdır. Gəlin əvvəl əməliyyatların gedişiylə ərsəyə gələn faktlara baxaq, ardından digər məqamlara nəzər salaq;
1. Kürdlər 40 illik səy ilə nail ola bilmədikləri diplomatik, informasiya -təbliğat uğurlarını Ərdoğan bir həftənin içində göydən düşən alma kimi onlara hədiyyə etdi. Bu günə dək kürd məsələsi yalnız regionda maraqları olan ölkələrin instrumenti kimi səciyyələnir, hökumətlərin çoxu və beynəlxalq ictimaiət tərəfindən yan qaçıllrdısa, vəziyyət dəyişdi. Artıq məsələyə humanitar, milli haqlar və s yönlərdən də baxış qatqısı əlavə oldu. Türkiyə üzərinə "Antiterror əməliyyatlarında haqlısan, lakin, bunu doğuran səbəblərdə günahın var, güzəşt elə!" kimi mənəvi -psixoloji təpki verilmə imkanları açıldı.
2.Kürdlər ayrılıqda fəaliyyət göstərən, amma, tale yüklü prioritet məsələlərdə zərbə hədəfini bir seçirlər. Ümumi yanaşma var. Zatən həmin hərbi və siyasi təşkilatlar bu faktlar üzərində formalaşıblar. Siyasi yollarla gizli və açıq danışıqlarla birgə fəaliyyətlərində dünən birinin, bu gün başqasının durğunluğunu saxlamaq olurdu. Bu əməliyyat isə həmişə bacarılan işlərin mümkünlüyünü də ümidvar yanaşsaq, çətinə saldı. Buna bir halda əhəmiyyət verilmədi ki, iddia edilən tapşırıq yerinə yetirilmiş olaydı. Bu barədə aşağıda yazacam.
3. Ankara ölkə daxilində bu günə dək qarşı tərəfin 15 təklifindən 5-ni dəyərləndirib, özünün 20 şərtindən 15-ni qəbul etdirmə şansına sahib idisə, artıq masanın o biri tərəfinin 15 istəyindən 7-8 -nə hə demək, 20 şərtini 15 salmaq məcburiyyəti qarşısında qoyulmaq çərçivəsinə sıxışdırıldı. Rəqəmlər məcazidir.
4. siyasi oyunlar piramidasından baxılsa, Türkiyə Kürd məntəqələrinə insaflı bölgü payından artıq ekmek (çörək. Yəni maliyyə ayrımı) verməyə vadar qoyula bilər. Beləliklə 90 ildə o bölgələrdən kəsilmişlər nəinki, kompensasiya edilə, artıqlamasıyla alınar ki, bu da Türkiyə iqtisadiyyatının böhrandan əvvəlki vəziyyətindən 5 dəfə artığına sahib olsa belə ağır yükdür. Kürdlərə geniş anlayışlı muxtariyyət tələbi ilə üz-üzə qalmasa bəxt ulduzu gülüb demək olar.
5. Humanitar yükü artacaq. Belə ki, hərbi əməliyyatlar zamanı bu günə dək 130 000 insan yaşayış yerini tərk edib. Onlarla bağlı problemin həllində əlini cibinə atmaq məcburiyyətində qalacaq. İstəməsə də buna məcbur ediləcək. Az olmayan qayğıları birini də əlavə etdi.

Hərbi əməliyyatın fiasqosu.

Türkiyə siyasi hakimiyyəti PYD terror təşkilatının təhlükəliliyini dilə gətirdi. Ona qarşı profilaktik tədbirlər, hüquqi tərəfdən Türkiyənin haqqı və üzərinə düşən vəzifə idi. Baxaq ki, vəzifəsini yerinə yetirə bilib(r)mi?
Yox. Əsaslandıraq. Aydın məsələydi ki, TC SQ-nə Suriyada uzun müddətli hərbi əməliyyat keçirilmə imkanı verilməyəcəkdi. Təbii ki, rəsmi Ankara bunu bilirdi. Əməliyyatların keçirildiyi ərazilərdə 60-70 000 arası PYD silahlılarının olduğu bildirilirdi.
1.Türkiyə tərəfinin məlumatlarına görə 16.10.10 tarixinə dək 638 terrorçu öldürülüb. Qarşı tərəf isə 56 ölü olduğunu iddia edir. Klassik metoddur ki, öldürən azı iki dəfə çox, öldürülənlər tərəfi isə 2-3 dəfə azaldır. TC sq-nin verdiyi rəqəmləri olduğu kimi qəbul edək. Lap 300 nəfər də əlavə sayaq.. 1000 nəfər olsun. Mümkün qədər çox düşmən məhv etmək imkanı olduğu müddətdə bu say 60 000 müqabilində kifayət qədər azdır.
Canı qüvvə öz yerində. PYD -yə aid əsas silah-sursat bazalarının ələ keçirilməsi yaxud məhvi barədə məlumata da rast gəlinmədi.
PYD yaraqlılarının təhlükəsizlik xəttinə yaxınlaşması, Suriya hökumət qüvvələri və RF hərbiçilərinin Kobaniyə daxil olaraq birgə nəzarətə başlaması TC SQ- nin rahat hərəkətinə imkan vermir. PYD geriyə çəkilməsi, Əsədlə danışığa getməsiylə bu dillemanı yaratdı. Görünən odur ki, terrorçular pis hazırlaşmayıblarmış.
Yuxarıda da qeyd etdiyim kimi məsələyə eyni situasiyanı yaşayan dövlətlərə birgə yanaşılmalıdır
2. Hərbi əməliyyatlar Suriya hökuməti ilə birgə razılaşdırılmalı, ştrixləri bildirilməli idi. Hər iki tərəfdə ümumi razılıq əsasında qəbul edilmiş fəaliyyət barədə əminlik yaranmalıydı. Taktiki gedişat bunu tələb edir. Bir neçə il il öncə arada olan razılaşmanı birtərəfli əsas götürərək deyil.
Şəhərlərin asanlıqla ardıcıl tutulması insanlarda bir bihuşedicilik yaradıb. Unutmaq lazım deyil ki, Suriya, XÜSUSƏN DƏ ŞİMAL ƏRAZİSİ dünyanın iki ən vacib strateji nöqtəsidir ki, cahanşümal hökmdarlıq bu nöqtələrə yiyələnməkdən keçir. Hegemon ölkələr bu nöqtələri atalarına belə verməzlər. Bu amilə görə məntəqələrin TC SQ tərəfdən ələ keçirilməsi əsla uğur deyil.
Türkiyə real potensialına görə orada nə qalıcı, nə situasiyanı bəlirləmək üçün diqtə edəcək gücdə deyil. Regionun üçün üç güclü ( Türkiyə, Yunanıstan, İran) ölkəsidən biri və vacib strateji ərazilərə sahib dövlət kimi limitli marağı nəzərə alına bilər. Təkrar edirəm, limitli.
Odur ki, nəinki, əsas, yeganə iradə PYD-nin hərbi gücü sarsıdılmasıydı ki, bu da gedişatlar fonunda artıq inandırıcı görünmür.
Türkiyə siyasi hakimiyyətinin əsl hədəfi həqiqətənmi PYD ilə mübarizədir? Vəziyyətə əsasən bu suallar yaranır
-əcəba əməliyyatdan öncə ordunun silahlanaraq döyüşə gətirilməsindən savayı diplomatik və s. hazırlıqlar niyə görülmədi?
- Əsədin özünün də PYD- nin cəzalanması ürəyindən olduğu təqdirdə və digər şərtlərə görə onunla birgə razılaşdırmaq gərəkirkən niyə bunu etmədi? Nəticədə terrorçular atəş həddindən uzaqlaşma və Suriya hökumətinin dəstəyini qazandı. Tutaq ki, əvvəl etməmişdi.. Bəs PYD-nin Əsədə danışıqlar təklifi zamanı niyə bu istiqamətdə təcili işə keçmədi? Əsəd ilk gün rədd cavabı verirkən şanslar böyük deyildimi?
- ümumiyyətlə PYD -nin bu kimi imkanlarını qabaqlamaq üçün nədən tədbirlər planı hazırlanmamışdı?
-İran bu məsələdə Türkiyə kimi, hətta ondan da həssas yanaşdığı halda xeyrinə ola biləcək məsələdə niyə bu cür barışmazllq göstərir?
Burda bir az açıqlama verək;
Prezident Ərdoğan və onunla birlikdə Türkiyə yetkililərinin sentyabrın 23-də BMT-nin 74- cü Baş Assambleyasında iştirak səfəri zamanı Amerika Yəhudi təşkilatları və Nyu York yəhudi icması ilə bağlı qapı arxasında görüşündə güman ki, bu məsələyə də toxunulub. ABŞ prezidentinin və İsrailin mövqeyinə əks olaraq Amerika Yəhudiləri İttifaqı Barış Pinarını dəstəklədiyini mətbuatdan izlədik. Vurğulamaq gərəkdir ki, adı gedən təşkilat heç də həmişə ölkə rəsmiləri və İsraillə eyni mövqeni sərgiləmir. Əcəba İranın sərgilədiyi narahatlığa səbəblərdən biri də budurmu, bilmirik. İranla Izrail, Amerika arasındakı vəziyyət siyasi durumdan çıxaraq tərəflərin hamısında patoloji psixoloji həddə gəldiyindən artıq rasionallıqdan çıxıb. Kobud desək, paranoik hal alıb. Odur ki, bəzən təhlil etmək, anlamaq mürəkkəb hal alır. Izrailin kürdlərə yönəli xoş məramlılığı sirr deyil. Yəhudi lobbi və icmalaranın Amerika və İsraildə təsir imkanlarına sahibliyini nəzərə alaraq belə bir müzakirə olması təbiidir. Qalır nə üçün və nələrin razılaşdırılmalıydı. Müzakirənin gedişatını bilmədiyimizdən konkret fikir yürüdə bilmərik. İranın narahatçılığına səbəb olan amillər varmıdır, yoxmudur sonra agah olar. Burda da təkrara yol verim ki, münasibətlər sinir gərginliklyinə çevrilərək tez-tez siyasi qaydalardan çıxdığından konkret təhlil arqumenti olmadığı təqdirdə versiyalar üzərində durmağa da tərəddüd yaradır.
- Hərbi əməliyyatlar ölkənin hazırkı maliyyə çətinliyi dönəmində başlanılır. Beynəlxalq sanksiyaların tətbiqini hər halda düşünməyəcək qədərində səhlənkarlıq ola bilməz. Ölkədəki milyarder və milyonçularamı arxayın olunur? Onlardan dəstək almaq mümkündür. Lakin, gərəkən məbləğ deyil. Hamısı Ərdoğan sevər deyil və hər kəs əməliyyatları haqlı saymır. Hansısa hələki, naməlum qalan dairələrin bunu kompesasiyalaşdırdığı məntiqə uyğun gəlirmi? Yəni kiminsə qaranlıq sifarişinin icrası.
Sadalanan şərtlərlə bərabər bəzi məqamlar da var ki, əməliyyatın həqiqi iddialı adıyla icrasına inamsızlıq yaradır. Göstərmədiyim məqamlar təxəyyüldə canlanmış bir nədən olduğu kimi görünməsin deyə hələ ki, yazmıram. Sadəcə bir nüans qeyd edəcəm.
Müharibələr, millətçi sentimental çıxışlar krizis dönəminin çıxış yollarıdır. Ərdoğan hökuməti hazırda çox ciddi böhran yaşayır. Hazırkı əməliyyatlara 80 000 -dən çox səs fərqini xeyrinə azaltdı. Çökmüş iqtisadiyyatın hesabatını müvəqqəti də olsa özündən uzaqlaşdırdı.
Rusiya və ABŞ -ın BMT Təhlükəsizlik Şurasında veto ilə çıxışlarında korporativ maraqlar vardı. Konkret Moskvanı götürək. Hazırda Kremlin izni olmadan bir quşun belə Suriya səmasında uça bilməməsini nəzərə alsaq Rusiyanın bir neçə gün susması Ərdoğana özünüzü göstərmək üçün qısa müddətli şərait yaradıldığını göstərir. 3-5 günə qarşıya qoyulmuş bu tapşırığın icrasının mümkünsüzlüyünü hesaba almaq çətin deyil. Belə şərtlərlə daxil olmaq, elan edilən hədəfə görə deyil, yalnız başqa maraqların təminatı ola bilər
Mövzu predmetlərindən kənara çıxmamağa əməl etməyə üstünlük versəm də, məsələyə bağlılığı olduğundan bir şeyi qeyd edim. Bu hadisələr fonunda qazanan, yaxud ən çox qazanan Rusiya oldu:
1. Əsədə verdiyi sözlərdən biri kimi Suriya hökuməti nəzarətində çıxmış ərazilərdə bunun bərpasını göstərən bir addıma imza atdı. Hərbi güc istifadə etmədən
2. ABŞ -la iş birliyinə getmiş kürdləri onun kurasiyasından qoparmağa nail oldu. Kürd mövzusu siyasi diqtə amili kimi əsaslı instrumentlərdəndir ki, onun əsas payını öz əlinə aldı. Amerika, Izrail, Almaniya, Fransa, İngiltərənin bu barədə əllərindəki imkanları yarıya endi ən azı
3. Suriya poliqonuna əsas söz sahibi olduğunu bir daha təsdiq etdi. Bu da ərəb dünyasınında Rusiya ilə yaxınlaşma məcburiyyətində yeni ştrix qatdı, sürətləndirir. Onsuz da Səudiyyə, Qətər və Kuveytin saatlarının əqrəbləri 2015/16-cı ildən həm də Moskva vaxtı ilə də qurumağa başlamışdı.
4. Belə hallar böyük güclərin müttəfiqlərini münasibətlər və güvənc məsələsində tərəziləri də, üstünə qoyulan yükləri də yenidən yoxlamaq istəyi yaradır. Moskvanın Suriyadakı dividentləri başqa coğrafiyalarda da təsirini göstərirdi zatən. İndən sonra daha çox bəhrələnərək.

Azərbaycan kontekstindən baxış

Güman ki, hansısa əminliklər olduğundan Azərbaycan hökuməti dəstək nümayiş etdirdi. Qənaətin nədənini açıqlayaq.
Erməni terror təşkilatları ilə PKK arasında 40 ilə dayanan bir əməkdaşlıq mövcuddur. Hətta sıralarında kürd kimliyini daşıyan çoxsaylı ermənilər var. Digər tərəfdənsə Azərbaycan Türkiyə partnyorluğunu nəzərə alaq. TC-nin hərbi əməliyyatları genişləndirəcəyi, güclü zərbələr vuracağı təqdirdə PKK -nın hədəfində partizan -diversiya əməliyyatları çərçivəsində terror aktları tək Türkiyə ərazisində deyil, Azərbaycanda da törətmək riskləri var. Türkiyənin regionda əsas müttəfiqləriylə konfrantasiyalar yaratmaq, cinahlardan vurmaq üçün. Hədəfdə Azərbaycanda olan diplomatik korpusdan tutmuş iş adamlarına dək. Unutmaq lazım deyil ki, BTC kəmərinin Türkiyədəki hissəsi kürdlərin yaşayış məntəqələrinə çox yaxındır. Bu layihənin imzalanması ərəfəsində istəməyən tərəflərin bir sərnişin avtobusunu partladıb çoxsaylı adam tələf etdiklərini bilənlər yada salsın və təhlil etsin.

Əli İsgəndərin
"VEKTOR" Beynəlxalq Araşdırmalar və Layihələndirmə Mərkəzi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ