RU
Barmağında üzük qaldı, FHN-ni çağırdı - Bakıda
16:40
444

Barmağında üzük qaldı, FHN-ni çağırdı - Bakıda

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağında qızıl halqanın sıxılaraq qalması barədə məlumat daxil olub.

7news.Az FHN-nin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qızıl halqanı kəsib və vətəndaşın barmağından çıxarıblar. Əməliyyat saat 02:36-da başa çatıb. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ