Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
7News.az-ın məlumatına görə, keçiriləcək iki oyunla daha iki yarımfinalçının adı bəlli olacaq.
Madridin “Atletiko” klubu öz meydanında “Barselona”nı qəbul edəcək. İlk oyunda Kataloniya klubu 2:1 hesablı qələbə qazandığından şanslar bərabər qiymətləndirilir.
Digər oyun Portuqaliyada baş tutacaq. Burada “Benfika” “Bavariya”nı qəbul edəcək. Almaniyada keçirilən ilk oyunda Münhen təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Buna görə də bu cütün mərhələ adlamaq şansları da bərabərdir.
13 aprel
Çempionlar Liqası, 1/4 finalın cavab oyunları
22:45. "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya)
İlk oyun - 1:2
22:45. "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya)
İlk oyun - 0:1








