İspaniya La Liqasında mövsümün sonuncu - 38-ci turunun oyunları keçirilib.
Bu gün La Liqada çempion məlum olub. “Barselona” səfərdə “Qranada”nı məğlub edərək çempionluğunu rəsmiləşdirib.
“Qranada” – “Barselona” - 0:3
Qollar: Suarez, 21, 38, 86
***
“Real” isə “Deportivo”nun qonağı olub. “Kral klubu” rəqibini məğlub etsə də, bu qələbə çempionluğa bəs etməyib. Belə ki, “Real” yalnız “Barsa”nın Qranada sınağında xal itirəcəyi təqdirdə lider hesab oluna bilərdi.
“Deportivo” – “Real” - 0:2
Qollar: Ronaldo, 8, 25.
7news.Az












