"Barselona"nın müdafiəçisi Jerar Pike komandasının İspaniyada rəqibsiz olduğunu söyləyib.
7News.az xəbər verir ki, katalon oyunçu qarşıdakı mövsümdə ÇL-ə daha ciddi diqqət yetirəcəklərini bildirib.
"Çempionlar Liqası ən nüfuzlu klub turniridir. Biz ardıcıl iki ildir La Liqa və İspaniya Kubokunu qazanırıq. "Barselona" sübut etdi ki, ölkənin ən güclü komandasıdır. Deməli, hamı bizə qalib gəlmək arzusundadır. Eyni tempdə davam etmək lazımdır. Oyun fəlsəfəmizə sadiq qalmalıyıq. Bu qədər uğur qazanandan sonra başqa tərzdə oynamaq fikrində deyiləm"./goal.az
7News.az








