"Barselona"nın argentinalı hücumçusu Lionel Messinin son durumu müəyyənləşib.
İspaniya La Liqasının 6-cı turunda "Las Palmas"-a qarşı oyunda zədə alan argentinalı tibbi müayinədən keçib.
Sol dizində problem olan Messinin 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, L.Messi "Las Palmas"a qarşı oyunun 8-ci dəqiqəsində zədələnib və məcburi əvəzlənməli olub./milli
7news.az








