"Empoli”nin baş məşqçisi Aurelio Andreatsoli istefaya göndərilib.
7News.Az xəbər verir ki, buna səbəb komandanın A seriyasında uğursuz çıxış etməsidir.
Maraqlıdır ki, bu gün Andreatsolinin 65 yaşı tamam olur və rəhbərlik onun "hədiyyə"sini qovaraq verib. Komanda hazırda A seriyasında 18-ci pillədə qərarlaşıb.
Boş qalmış posta Cüzeppe Yakininin gətirilməsi gözlənilir. /matc.az
7News.Az








