RU
Baş məşqçiyə SMS yazdı - “Oynamaq istəmirəm”
11:58
632

Baş məşqçiyə SMS yazdı - “Oynamaq istəmirəm”

DÇ-2018-in seçmə mərhələsində Slovakiya və İngiltərə milliləri ilə oynayacaq Sloveniya yığmasının üzvü Kevin Kampl maraqlı addım atıb.

7News.Az xəbər verir ki, yarımmüdafiəçi sözügedən oyunlarda oynamaq istəmədiyini bildirib.

Maraqlıdı ki, o, bu istəyini baş məşqçi Srecko Kataneçə SMS vasitəsi ilə bildirib. Leverkuzen "Bayer"inin futbolçusu bir ay ərzində 9 oyunda iştirak etdiyini və buna görə də yorulduğunu söyləyib. Bundan başqa Kampl səbəb kimi yüngül zədəli olmasını da qabardıb.

Maraq üçün bildirək ki, Kevin Kempl Çempionlar liqasının 2014/2015 mövsümünün üçüncü təsnifat mərhələsində "Salzburq"un heyətində "Qarabağ"a qarşı çıxış edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ