RU
Baş nazir avtomobil nəqliyyatı ilə bağlı
09:42
385

Baş nazir avtomobil nəqliyyatı ilə bağlı

Nazirlər Kabineti məlumat yaydı.

Baş nazir Artur Rasizadə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edib. 

Bu barədə Nazirlər Kabinetindən 7News.Az-a bildirilib.

Belə ki, yeni qaydalara əsasən, artıq uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə icazə veriləcək. 

Uzunluğu 150 km-dən çox olan beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilməməsi barədə qadağa isə yenə də qüvvədədir. 

Qeyd edək ki, indiyə qədər uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ