RU
07:02
3040

"Baş nazir Əli Əsədovun "Sapphire Marine” mehmanxanasında şıdırğı toy gedir" - Aslan İsmayılov

7NEWS.az xəbər verir ki, bu barədə hüquqşunas Aslan İsmayılov öz rəsmi səhifəsində yazıb: "Pandemiya ilə əlaqədar ölkədə toyların keçirilməsi qadağandır. İki gündür yüksək rütbəli məmurların toy mərasimlərindən yazılmasına baxmayaraq rəsmi strukturlar ya susurlar, yaxud da utanmadan yalanlayırlar.

Yaşadığım Bibiheybət qəsəbəsində yerləşən, Baş nazir Əli Əsədova məxsus "Sapphire Marine” mehmanxanasının həyətində dünən şıdırğı mərasim gedirdi. Əminəm ki, başqa toy görüntüləri də həqiqəti əks etdirir. Ya xalqı ələ salırlar, yaxud hakimiyyətsizlikdir. Pandemiya qadağaları sanki kasıblara aiddir, varlılar isə şellənməkdə davam edə bilərlər, çünki rəsmi strukturların ifşa etdiyi toy, yas mərasimlərdəki görüntülərdən bu açıq aşkar görünür.

Ya bu mərasimlərə icazə verin, ya da hamı üçün qadağa qoyun! Məhz bu cür saymamazlıq, ayrıseçkilik insanlarda hakimiyyətin koronavirusla mübarizə tədbirlərinə inamsızlıq yaradır və bu bəlanın hələ uzun sürəcəyi qaçılmazdır.

P.S. Normal hakimiyyət olsa qanunsuzluğa yol vermiş məmurlar dərhal istefaya göndərilərdi."

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ