Gürcüstan regioda sülhün təminatına töhfə verməyə hazırdır.
Bu, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Ermənistanın ədliyyə naziri Karen Andreasyanla keçirdiyi görüşdə vurğulanıb.
Tərəflər İ.Qaribaşvilinin Cənubi Qafqazda dinc qonşuluq təşəbbüsünü müzakirə ediblər.
Görüşdə Ukraynadakı müharibə və regionda təhlükəsizlik məsələləri də nəzərdən keçirilib. Bölgədə sülh, sabitliyin qorunub saxlanılması və mövcud çağırışların aradan qaldırılması üçün birgə fəaliyyətin vacibliyi vurğulanıb.








