Bolqarıstanın Baş naziri Boyko Borisov istefa verib.
7news.Az rus KİV-nə istinadən xəbər verir ki, Borisov bu barədə rəsmi bəyanat yayıb. Bildirilir ki, nazirin istefasına səbəb onun partiyasının namizədi Çaçevi Çeçkinin prezident seçkilərində məğlub olmasıdır.
Xatırladaq ki, Bolqarıstanda keçirilən prezident seçkilərində Rumen Radev qalib gəldikdən sonra Baş nazir yaxın günlərdə istefa verəcəyini demişdi.








