RU
Baş nazirə qarşı sui-qəsd xəbəri təkzib edildi
02:20
220

Baş nazirə qarşı sui-qəsd xəbəri təkzib edildi

İraq Baş naziri Heydər Abadiyə qarşı sui-qəsd təşkil edilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.

7news.az xəbər verir ki, bu barədə İraq dövlət televiziyası məlumat yayıb.

“Bəzi mətbuat orqanları Baş nazir Abadinin Ramadi şəhərində silahlı hücuma məruz qaldığı barədə xəbər yayıb. Bu məlumatlar tamamilə yalandır. Medianı tərəfsizliyə və obyektiv olmağa çağırırıq”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, İraqın Ramadi şəhərinə səfər edən baş nazirin avtomobil karvanına silahlı hücum təşkil edildiyi barədə məlumatlar yayılmışdı.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ