İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu sərxoş vəziyyətdə aşpazı döyüb və onun başında boşqab sındırıb.
Bu barədə iddiaları İngiltərədə nəşr olunan "The Times" qəzeti yayıb. Qəzetin xəbərinə görə, bu iddiaları daha əvvəl onların yanında çalışan işçilər Qüds məhkəməsində verdikləri ifadə vaxtı səsləndiriblər.
Haim adlı aşpaz Sara Netanyahunun alkoqollu vəziyyətdə onu döydüyünü, huşunu itirmiş bir işçi üçün isə təcili yardım çağırmağa mane olduğunu deyib. Haim həmçinin xanım Netanyahunun hiddətlənərək şam yeməyi süfrəsini dağıtdığını, boşqabları yerə çırpdığını və süfrənin yenidən açılması üçün 5 dəqiqə vaxt verdiyini deyib. Aşpaz bütün bunlar baş verərkən Benyamin Netanyahunun sakitcə tamaşa etdiyini, işçilərlə göz-gözə gəlməməyə çalışdığını bildirib.
Qay Eliyahu adlı işçi isə məhkəmədə verdiyi ifadədə bir axşam "Gecəniz xeyrə qalsın" demədən getdiyi üçün gecənin yarısı baş nazirliyin iqamətgahına çağırıldığını qeyd edib.
Sara Netanyahu bundan əvvəl də lüks həyata olan düşkünlüyü və korrupsiya ilə mətbuatın gündəminə gəlmişdi./milli
7news.az








