RU
Baş nazirin müavini açıqladı — Kayseri terrorunda PKK izi
20:30
301

Baş nazirin müavini açıqladı — Kayseri terrorunda PKK izi

Türkiyənin Kayseri şəhərində bu gün baş verən terror hadisəsi ilə bağlı yeni məlumatlar üzə çıxıb

Numan Kurtulmuş televiziyaya verdiyi müsahibəsində PKK-dan şübhələndiyini bildirib.

Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş Kayseridəki terror aktı ilə bağlı deyib: "Kayseridəki hücumda istifadə edilən material Beşiktaş hücumunda istifadə edilən materialla eynidir. Bu isə terror aktının PKK tərəfindən həyata keçirildiyinə işarə edir. Bütün faktlar PKK-nı göstərir. Bütün ehtimalları gözdən keçirməliyik".

Numan Kurtulmuş eyni zamanda bu cür materialların bazarda, dükanda satılmadığını vurğulayıb: "Bəzi ölkələrin silahlı qüvvələrinə aid bombalardan söz gedir. Terror aktının arxasında kəşfiyyat və xüsusi xidmət orqanlarının dəstəyi var"./olke.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ