RU
Baş nazirin müavini: Sabah erməni işğalı altında olan rayonların icra başçıları ilə görüş olacaq
19:45
514

Baş nazirin müavini: Sabah erməni işğalı altında olan rayonların icra başçıları ilə görüş olacaq

"Sabah Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində erməni işğalı altında olan rayonların icra başçıları, deputatlar və layihəçilərlə görüş keçiriləcək”. 

Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Onun sözlərinə görə, görüşün keçirilməsində məqsəd Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində planlaşdırılan işlərin müzakirə olunmasıdır.

Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ