RU
Baş nazirlər Twitter-də `atışdı`
11:14
407

Baş nazirlər Twitter-də `atışdı`

Yunanıstanın baş naziri Aleksis Tsipras Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Rusiyaya məxsus “Su-24” tipli təyyarəni vurmasını şərh edib.

Bu barədə baş nazir öz “Twitter” səhifəsində yazıb.

“Xoşbəxtlikdən bizim pilotlar, sizinkilərin ruslara qarşı olduğu kimi əsəbi deyillər”, - deyə Tsipras qeyd edib.

Baş nazir həmçinin türk aviasiyasının Egey dənizinin yunanlara aid hissəsindəki fəaliyyətini “ağılsızlıq və mənasız” hərəkət adlandırıb: “Biz silahlanmaya milyardlar xərcləyirik – Siz sərhədi pozmağa, biz isə sizə nəzarət etməyə”.

Türkiyənin baş naziri Əhməd Davudoğlu “Twitter” vasitəsilə yunan həmkarına sərt cavab verib: “Pilotlara aid şərh günün əhval-ruhiyyəsinə uyğun deyil. Aleksis, gəlin aramızda olan pozitiv gündəliyə diqqət yetirək”./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ