ABŞ-ın 17 əyalətinin Baş prokuroru eyni vaxtda prezident Donald Trampa qarşı iddia qaldırıb.
7news.Az-ın məlumatına görə, buna səbəb miqrantların uşaqlarından ayrılmasıyla bağlı "Ağ ev”in həyata keçirdiyi siyasətdir. Baş prokurorlar hesab edir ki, Trampın qərarı olduqca sərt və qanunsuzdur.
Nyu-Cersi ştatının Baş prokuroru Qurbir Qreval bildirib ki, Tramp administrasiyasının qərarları bir-birilə ziddiyyət təşkil edir: "Belə təəssürat yaranır ki, administrasiya hər gün siyasətini yeniləyir. Yeni qərarlar əvvəlkilərlə ziddiyyət təşkil edir”.
7news.Az








