RU
​Baş Prokurorluq zorlamaya görə bəraət alan şəxslərin işi üzrə protest verdi
18:00
613

​Baş Prokurorluq zorlamaya görə bəraət alan şəxslərin işi üzrə protest verdi

Prokurorluq məlumat yaydı.

Baş Prokurorluq Sumqayıt Apellyasiya Məhkəməsinin hökmündən protest verib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, yetkinlik yaşına çatmayan 4 nəfər Abşeron rayon sakininin Cinayət Məcəlləsinin 150 (seksual xarakterli zorakılıq hərəkətləri) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir şəxs 6 il 6 ay, digərlərinin hər biri isə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

Müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2015-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün Cinayət Məcəlləsinin 150-ci maddəsinə dair hissəsi ləğv edilərək həmin hissədə təqsirləndirilən şəxslərə bəraət verilib, Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə bir məhkumun üzərində 5 il 6 ay, digərlərinin üzərlərində isə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Baş Prokurorluq hökmdən Ali Məhkəməyə kassasiya protesti verib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ