RU
Baş Qərargah:
18:15
258

Baş Qərargah: "Rusiya Kiyevi ələ keçirmək niyyətindən əl çəkmir"

"Rusiya çoxsaylı canlı qüvvə itirməsinə baxmayaraq, Kiyevə nəzarəti ələ keçirməyə çalışır”.

7NEWS.Az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, Rusiya hərbçiləri yenidən qruplaşaraq Çerniqov-Kiyev istiqamətində hücuma keçməyə çalışır.

"Çoxsaylı itkiyə və ayrı-ayrı istiqamətlərdə hücum tempinin azalmasına baxmayaraq, düşmən əsas hədəfindən - Kiyevi nəzarət altına almaq istəyindən geri çəkilmir. Paytaxtın müdafiə gücləri düşmənə qarşı müqavimət göstərir”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Xomutovka, Qluxov və Baturin rayonlarında üç taktiki tabor dayandırılıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ