RU
Baş redaktor Bakıda faciəvi şəkildə öldü
15:50
1108

Baş redaktor Bakıda faciəvi şəkildə öldü

Bakıda baş redaktor dəm qazından boğulub ölüb.

7News.az xəbər verir ki, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib.

"Femida 007" qəzetinin baş redaktoru olmuş Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ