Bu gün 7News.az saytın baş redaktoru, ASGA(Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası) -nın sədri Səbuhi Abbasovun ad günüdür.
7News.az ailəsi olaraq həmkarımızı, tanınmış jurnalist, gözəl ata, yaxşı dost, və ən əsası gözəl insan olan Səbuhi bəyi təbrik edirik. Sağlam və xöşbəxt yaşayın. Yeni yaşınız mübarək!
Məlumat üçün qeyd edək ki,Səbuhi Abbasov 16 noyabr 1985-ci ildə Mingəçevir şəhərində anadan olub. 2003-cü ildə Mingəçevir şəhər liseyini bitirərək, Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər və regionşünaslıq” fakültəsinə daxil olub. 2007-2009–cu illərdə Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin "Regionşünaslıq” ixtisasında təhsil alıb. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Universitet daxilində və xaricində keçirilən tədbirlərdə fəal iştirak edərək müxtəlif dərəcəli (I, II, III) diplomlarla təltif olunub, bakalavr pilləsində təhsil alarkən qrup rəhbəri, fakültə üzrə Tələbə Gənclər Təşkilatının (bundan sonra TGT) sədri, fakültə üzrə Tələbə Həmkarların sədri, Universitet üzrə YAP GB-nin sədri və s. vəzifələri icra edib. 2006-cı ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasını təsis edərək bir çox layihələr həyata keçirib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Məzun 2007” diplomuna layiq görülmüşdür. 2007–ci ildən YAP Nəsimi rayon Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür. BSU tələbə heyətinin böyük əksəriyyətinin iştirak etdiyi iclasda səsvermə yolu ilə BSU Tələbə Gənclər Təşkilatının Universitet üzrə sədri seçilib. Bir çox xarici ölkələrdə (Türkiyə, Rusiya, Ukrayna, Dağıstan və s.) keçirilən Beynəlxalq konfranslarda ölkəmizi uğurla təmsil edib. YAP GB-də həyata keçirilən bir çox layihələrin müəllifi, müxtəlif tədbirlərin təşkilatçısı olmuşdur. Respublika Yeni Azərbaycan Partiyası GB-nin QHT-lərlə iş üzrə şöbə müdiri kimi fəaliyyət göstərib. 2009-cu ildə Bakı Slavyan Universiteti Jurnalistika şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2011-2012-ci illərdə Milli QHT-lər Forumunda icraçı direktor vəzifəsində çalışmışdır. 2012-2013-cü illərdə Azərbacan Respublikası Dövlət Sosial Müdafiə rayon şöbəsində çalışmışdır. Hal-hazırda 7News.az və Xeber1.Az İnformasiya portallarının təsisçisi və direktorudur. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təsisçisidir. Azərbaycan, türk, rus, ingilis və ukrayna dillərində danışır.
Bundan başqa Səbuhi Abbas bir çox şeirlərin ("Bilməyəcək”, "Sevinməyə yoxdur həvəsim”, "Axtardığım bu gün…”, "Dağlar”, "Gedək Turan elinə”, "Gözəllik”, "Qayıtma”, "Qürurum”, "Nə susursan?”, "O incə, o zərif əlin istərəm”, "”Böyük Turan” – bak o, bənim”, "Şəhidlər”, "Unutma!” və s.), hekayələrin ("Yeddi dost”, "Ölümdən qabaqkı ölüm”) və pyeslərin ("Xəyanətin doğum günü”) müəllifidir.












