Ölkədə fəaliyyət göstərən televiziyalar arasında öz nüfuzu, dəsti-xətti ilə seçilər Region Televiziyası maraqlı layihələri ilə tamaşaçıların rəğbətini qazanmaqdadır. 7News.az xəbər verir ki, Televiziyanın maraqlı layihələrindən biri də "MediaRadar" verilişidir. Verilişin əsas missiyası həftə ərzində medianın gündəmini zəbt edən hadisələrin ekspertlər tərəfindən geniş şərh edilərək tamaşaçlara çatdırılmasından ibarətdir.
"MediaRadar"ın aparıcısı tanınmış telejurnalist İsmayıl Həsənovdur. Verilişin budəfəki qonaqları 7News.az saytının rəhbəri Səbuhi Abbasov və AzXeber.com saytının rəhbəri Hacıbəy Heydərlidir. Verilişin tam videosunu təqdim edirik:








