Türkiyədəki hərbi çevriliş zamanı təslim olan əsgərlərdən birinin başının kəsillməsi xəbəri artıq bir neçə gündür sosial mediada müzakirələrə səbəb olub.
7News.Az xəbər verir ki, qısa müddət ərzində sosial şəbəkələrdə yayılan foto tənqid atəşinə tutulub. Lakin məlum olub ki, öldürüldüyü deyilən əsgər sağdır və 1 il öncə hərbi xidməti başa vurub. Bu barədə “başı kəsilən əsgər Burak Salıvermez özü də danışıb.
O, “Bu cür xəbərlər tamamilə yalandır. Fotosu paylaşılan adam mənəm. Ölməmişəm, başım kəsilməyib. Sağ-salamat İstanbulda yaşayıram. Bunu hər formada sübut edə bilərəm”-deyib.








