RU
Başına 1 milyon mükafat qoyulan terrorçu məhv edildi
14:40
232

Başına 1 milyon mükafat qoyulan terrorçu məhv edildi

Türkiyənin təhlükəsizlik qüvvələrinin Tuncelidə keçirdiyi xüsusi əməliyyat nəticəsində terrorçu TKP/ML-TIKKO (Türkiyə Kommunist Partiyası/Marksist-leninçi) təşkilatının üzvü Həsən Ataş zərərsizləşdirilib.

7News.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Şerzan" şərti adı ilə tanınan Həsən Ataş Türkiyənin Daxili İşlər Nazirliyinin ən çox axtardığı terrorçulardan olub. Onun tutulması üçün 1 milyon lirə pul mükafatı vəd edilmişdi.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ