Türkiyədə Bitlisin Aşağı Ölek və Yuxarı Ölek kəndlərində PKK-ya qarşı hava əməliyyatı keçirilib.
7news.Az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı 4 PKK terrorçusu öldürülüb.
Məlumata görə, öldürülən terrorçular arasında Türkiyədə başına 1 milyon türk lirəsi mükafat qoyulan "Seyid” kod adlı PKK terrorçusu Cahit Beyhan da olub.
Qeyd edək ki, Cahit Beyhan PKK-nın Garzan bölgəsinin kordinatoru sayılırdı.








