RU
Başına 1 milyon qoyulan terrorçu qadın tutuldu - Maziotisin arvadıdır
10:48
322

Başına 1 milyon qoyulan terrorçu qadın tutuldu - Maziotisin arvadıdır

Yunanıstanda tanınmış terrorçu qadın həbs edilib.

Ölkənin antiterror xidməti 48 yaşlı Panayota Rupanı həbs edib. Məlumata görə, Rupa dünən səhər saatlarında Afinanın cənub hissəsindəki evlərdən birində tutulub. Onun həbs edildiyi evdə azyaşlı uşaq və 25 yaşlı qadın da olub. Gənc qadın cinayətkarı gizlətməkdə şübhəli bilinərək saxlanılıb.

Qeyd edək ki, Panayota Rupa məşhur yunan terrorçu Nikos Maziotisin həyat yoldaşıdır. O, əri ilə birgə "İnqilabi mübarizə” adlı anarxist terror təşkilatının üzvü olub. Nikos Maziotis 2014-cü ildə paytaxt Afinada ələ keçiriləsə də, Panayota Rupanı tutmaq mümkün olmamışdı. Xüsusi axtarışa verilən terrorçular siyahısında olan Rupaya görə 1 milyon avro mükafat təyin edilmişdi./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ