RU
Başından güllələnən azərbaycanlı kriminal avtoritet imiş - TƏFƏRRÜAT
15:08
570

Başından güllələnən azərbaycanlı kriminal avtoritet imiş - TƏFƏRRÜAT

Rusiyada azərbaycanlı avtoritet başından güllənərək öldürülüb.

7news.Az report-a istinadən xəbər verir ki, hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb.
 

Rusiyada azərbaycanlı başından VURULDU

Belə ki, Surqut şəhərində "Kafe Rus" iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq ("sxodka") olub. Avtoritetlər arasında mübahisə düşüb. Nəticədə Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başından güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.

S.Zeynalovun meyidi Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır.
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ