RU
Başından yaralanan hərbçimizin vəziyyəti necədir? - VİDEO
11:30
105

Başından yaralanan hərbçimizin vəziyyəti necədir? - VİDEO

Mayın 10-u axşam saatlarında Ermənistan ordusunun Basarkeçər rayonunun Zod istiqamətində törətdiyi təxribat nəticəsində ağır yaralanan hərbçimiz Müslüm Mahmudlu Qax rayonunun Əmircan kəndindəndir.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İctimai TV yaralı hərbçimizin evində olub. M.Mahmudovun əmisi bildirib ki, o, 3 ay imiş müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirirmiş. Yaralı hərbçinin həyatına təhlükənin olmadığını bildirən ailə üzvləri onun Bakıya təxliyə ediləcəyini deyib.

Müdafiə Nazirliyinin mayın 10-da yaydığı məlumatda başından ağır yaralanan müddətdən artıqı hərbi qulluqçunun dərhal hərbi tibb müəssisəsinə çatdırıldığı qeyd edilib. Zod istiqamətində gərgin vəziyyət hələ də davam edir.

7News.Az
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ