Başqırdıstanda yerləşən keçmiş hərbi hissənin ərazisində partlayış baş verib, xəsarət alanlar var.
7news.Az "RİA Novosti" saytına istinadən xəbər verir ki, bu barədə respublika FHN-in mətbuat xidmətinin nümayəndəsi məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər hərbi hissənin ərazisinə qeyri-qanuni daxil olub, bundan sonra partlayış baş verib.
"Hadisə nəticəsində xəsarət alanlar var, onların vəziyyəti dəqiqləşdirilir. Hadisə yerinə 6 nəfər xilasedici və 19 ədəd texnika cəlb olunub", - FHN-in nümayəndəsi bildirib.
7news.Az








