RU
Batan qayıqda olan 16 nəfər həlak olub
16:52
37

Batan qayıqda olan 16 nəfər həlak olub


7NEWS.az xəbər verir ki, Hindistanın Kerala əyalətində yerləşən Malappuramda təxminən 40 nəfərin olduğu qayıq aşıb. Qəza nəticəsində azı 16 nəfər boğularaq ölüb. Rəsmilər həyatını itirənlərdən 12-nin şəxsiyyətinin müəyyən edildiyini və can itkisinin arta biləcəyini bildirib. Bölgədə axtarış-xilasetmə işləri davam edir. Hindistanın baş naziri Narendra Modi açıqlamasında həyatını itirənlərin ailələrinə başsağlığı verib və ailələrə təzminat ödəniləcəyini açıqlayıb. Bölgədə axtarış-xilasetmə işləri davam edir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ