Almaniya Bundesliqasında 2016/17 mövsümünə start verilib.
7News.az-ın məlumatına görə, mövsümün ilk turunda son çempion "Bavariya" "Verder"i qəbul edib.
Görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər oyunları bu gün və sabah keçiriləcək.
26 avqust
“Bavariya” – “Verder” - 6:0
Qollar: Xabi Alonso, 9, Robert Levandovski, 13, 46, 76-pen. Filip Lam, 66, Frank Riberi, 73








