"Bavariya" Avropanın bir çox klubunun hədəfində olan futbolçusu Robert Levandovskini komandada saxlamaq istəyir.
7News.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu səbəbdən Münhen təmsilçisi polşalı hücumçuya 5 illik müqavilə təklif edib. R.Levandovski bu təklifi müsbət cavablandıracağı təqdirdə, illik maaşı 9 milyon avrodan 15 milyon avroya yüksələcək. Bununla da onun gəliri mükafatlarla birgə bu məbləği alan Tomas Müllerlə eyni olacaq.
Qeyd edək ki, R.Levandovski ilə "Real" və PSJ maraqlanır.








