RU
BAXCP-dən Ayaz Mütəllibova sərt cavab
22:35
1626

BAXCP-dən Ayaz Mütəllibova sərt cavab

Ayaz Mütəlibovun Əbülfəz Elçibəylə bağlı etidyi çıxışa bu səfər BAXCP-dən sərt cavab gəlib. BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı mətbuata acıqlama verib.

O, Ayaz Mütəlibovu cinayətgar adlandırıb: “Ayaz Mütəlibov cinayətgar olub!  1992-ci ilin may ayında Azərbaycan xalqı kütləvi şəkildə küçələrə axışıb Ayaz Mütəlibovu vəzifəsindən qovub. O da birbaşa Rusiyaya qacdı. Uzun illər Rusiyaya sığındı. Bütün ömürünü ruslara nökərlik edən  bir adamın Azərbaycan Milli Azadlıq Hərəkatının lideri mərhum Əbülfəz Elçibəyi təhqir etməsi və böhtan atması cəmiyyətdə nifrətlə qarşılandığının şahidi olduq. Bu böhtan və təhqirə görə iki gün ərzində həm  ölkənin mediasında , həm də sosial şəbəkəsin də onlarla siyasi partiya rəhbərləri, ziyalılar, tanınmış şəxslər , bitrəf insanlar belə Mütəlibovu qınadı və onun kim olduğunu xatırlatdı. Hətta  mətbuatda Ayaz Mütəlibov Rusiyada qacıb gizləndiyi zamanlarda Qarabağın itirilməsində mərhum Heydər Əliyevə də necə şər-böhtan atdığına dair video matreallı yayıldı. Onun necə riyagar bir adam olduğunu bir daha hamı gördü. İndi belə bir adam hələ utanmadan yaltaqlıq və yarınmaqla məşğul olur. Onu da xatırlayım ki, Mütəlibov özünü saxta yolla prezident elan edən şəxs olub. 1991-ci ildə o zamankı  SSRİ rəhbərliyində olduğuna görə,  98.5% -lə özünü “prezident” elan edib.  Həmin illərdə Azərbaycan xalqının milyonlara vətəndaşı meydanlara axışıb Qarabağ problemini, Azərbaycanın müsətliyini istədiyi vaxtda bu, adam necə 98%-lə prezident seçilə bilərdi? Elə bu faktın özü onu deməyə əsas verir ki, özünü saxta yolla prezident elan edib. Digər bir məqam odur ki, 1992-ci ildə ölkədən qaçan Ayaz Mütəlibova məhz ölkəyə rəhbərlik etidyi dövrlərdə törətdiyi cinayətlərə görə, onun üzərində cinayət işi olub. Eks prezidentlər haqqında qanun qəbul olunana qədər onu üzərində cinayət ittihamı olub. Eks prezidentlər haqqında qanunun 11-ci maddəsində keçmiş Prezidentin və onun həyat yoldaşının toxunulmazlığını nəzərdə tutan “keçmiş Prezident Azərbaycan Respublikasının Prezidenti seçilməmişdən əvvəl və Azərbaycan Respublikası Prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilməz.” olması Ayaz Mütəlibovu məsuliyyətdən azad etdi. İndi bu səbəbə görə yekə-yekə danışmağa başlayıb.”

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ