Çinin CCTV telekanalındakı "Challenge Impossible" şousunda 41 yaşlı sahibinin səhnəyə çıxardığı it milyonları heyrətləndirib.
7News.az AsiaOne-a istinadən bildirir ki, alman şpitsi cinsindən olan balaca qara it baxışları ilə səhnədəki 11 nəfəri transa salaraq yatırıb.
Bu it 2015-ci ildə "Britain Got Talent"də də səhnəyə çıxarılmış və bir neçə nəfəri yatırmışdı. Şounun müəllifi, münsiflər heyətinin üzvü Saymon Kouell demişdi: "Bu itin fenomeni 100 faiz realdır. Mən də yuxulamağa başlamışdım".//milli
7News.az










